Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Rus çarlarının məkrli erməni layihəsi” adlı veriliş hazırlanıb...
Poliqon xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə Avropanın və rus çarlarının məkrli erməni layihələrindən söz açır.
O bildirib ki, Avropada ermənilərə casus kimi baxılırdı və istifadə edilirdi: “Paris Sülh konfransında ermənilər Avropadan Böyük Ermənistan tələb etməyə başladılar. Erməni toplumunu tarix boyu idarə edən sülalələrin heç birisi erməni, hay mənşəli olmayıb”.
Tarixçi-tədqiqatçı Qərbi Azərbaycanın qədim arxeoloji mədəniyyətlərinin ancaq Azərbaycan xalqına aid olduğunu, ermənilərin türklərin 300 kurqanının materialını Tarix Muzeyinin zirzəmisində çürütdüyünü söyləyib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Poliqon.info