1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Kaliforniya Universitetinin alimləri sübut ediblər ki, ağrılı və ya stresli vəziyyətlərdə təbəssüm xoşagəlməz hisslərin və gərginliyin öhdəsindən gəlməyə kömək edir.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı tədqiqatın nəticələri "Journal of Positive Psychology" elmi jurnalında dərc olunub.
Təcrübədə 57 tələbə iştirak edib və onlar verilən tapşırığı yerinə yetiriblər: əllərini iki dəqiqəyə qədər buzlu suda saxlayıblar.
Onların ürək döyüntüləri və üz ifadələri ötürücülər və videokameralar vasitəsilə qeydə alınıb. Tapşırıq zamanı gülümsəyən iştirakçılarda ürək döyüntüləri gülümsəməyənlərə nisbətən daha az olub (dəqiqədə 7-8 döyünmə).
"Gülümsəmək narahatlığın öhdəsindən gəlməyə kömək edən təbii mübarizə mexanizmi ola bilər", - deyə tədqiqatın müəllifi Cazlin X.Luu qeyd edib.
Təbəssüm ağrı hissini birbaşa azaltmasa da, daha uzun müddət gülümsəyən iştirakçılar tapşırığı yerinə yetirdikdən sonra daha çox müsbət emosiyalar yaşadıqlarını deyiblər.
Tədqiqat üz ifadələrinin emosional vəziyyətlərə təsir etdiyini göstərən hipotezi təsdiqləyib.