1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qalatasaray" klubunun təcrübəli baş məşqçisi Okan Buruk "Fənərbağça" ilə derbidən öncə maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, o, "Çaykur Rizespor"a qarşı matçda 2:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında hakimliklə bağlı qərarlarla əlaqədar fikirlərini bölüşüb.
"Mən məşqçiyəm. İşim sadəcə stadionun içində komandanı idarə etmək və qələbə gətirəcək addımlar atmaqdır. Qalan işlər klub rəhbərliyinə aiddir. "Fənərbağça" ilə görüşdə hakimin kim olmasının mənim üçün heç bir fərqi yoxdur, istəyir, yadplanetli olsun. Biz meydana sadəcə qələbə üçün çıxırıq. Hazırda komandanın düzülüşündən və oyunçuların performansından razı deyiləm. Bunu ən qısa zamanda düzəltməyə çalışacağıq", - deyə O.Buruk bildirib.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı fevralın 24-də Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.