AZ

UEFA Avropa Liqası: Səkkizdəbir final mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə yüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də dörd görüş keçiriləcək.
Belə ki, "Roma" klubu "Portu" ilə, "Budyo Qlimt" klubu "Tvente" ilə, FKSB klubu PAOK-la, "Qalatasaray" isə "AZ Alkmaar" klubu ilə üz-üzə gələcək.
Digər dörd görüş Bakı vaxtı ilə gecəyarısı start götürəcək. "Ayaks" klubu "Royal Union"u, "Anderlext" klubu "Fənərbağça"nı, "Viktoria Plzen" klubu "Ferentsvaroş"u, "Real Sosyedad" isə "Midtyuland"ı qəbul edəcək.
Xatırladaq ki, "Latsio" (İtaliya), "Atletik Bilbao" (İspaniya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Lion" (Fransa), "Olimpiakos" (Yunanıstan) və "Reyncers" (Şotlandiya) liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
20 fevral
Saat 21:45, "Roma" - "Portu";
Saat 21:45, "Budyo Qlimt" - "Tvente";
Saat 21:45, FKSB - PAOK;
Saat 21:45, "Qalatasaray" - "AZ Alkmaar".
21 fevral
Saat 00:00, "Ayaks" - "Royal Union";
Saat 00:00, Anderlext" - "Fənərbağça";
Saat 00:00, "Viktoria Plzen" - "Ferentsvaroş";
Saat 00:00, "Real Sosyedad" - "Midtyulland".
Seçilən
41
11
oxu.az

10Mənbələr