AZ

"Qalatasaray" və "Fənərbağça" klubları arasında derbi əcnəbilərə həvalə olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qalatasaray" və "Fənərbağça" komandaları arasında derbini əcnəbi hakim idarə edəcək.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, Mərkəzi Hakimlər Komitəsi İstanbul derbisinə sloveniyalı FIFA referisi Slavko Vinçiçi təyin etməyi düşünür.
O, bu gün Çempionlar Liqasında PSV (Niderland) - "Yuventus" (İtaliya) matçını idarə edəcək. Qərar rəsmiləşsə, Vinçiç sabah İstanbula gələcək.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Qalatasaray" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Seçilən
36
39
oxu.az

10Mənbələr