Bakı. Trend:
"Xızı-Abşeron" külək elektrik stansiyasının (KES) istismaraveriləcəyi tarix açıqlanıb.
Trend xəbərverir ki, bu barədə Xızı–Abşeron 240 MVt-lıq Külək ElektrikStansiyasına təşkil edilən mediatur zamanı məlumat verilib.
Bildirilib ki, "Xızı-Abşeron" külək elektrik stansiyasında (KES)hazırda hər birinin gücü 6.5 MVt olan 4 turbin quraşdırılıb.
Vurğulanıb ki, 2025-ci il ərzində bütün turbinlərinquraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir.
Ümumilikdə, stansiya ölkənin ümumi enerji balansında "yaşılenerji"nin payını əhəmiyyətli dərəcədə yüksəldəcək. Belə ki, ilkinhesablamalara görə, stansiyada illik 1 milyard kilovatt-saata yaxınelektrik enerjisi istehsal olunacaq. Bu da 220 milyon kubmetr təbiiqaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasınınatmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrikenerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumiinvestisiya dəyəri təqribən 340 milyon ABŞ dolları təşkil edir.