AZ

Yanvar ayında Türkiyə limanları 4 mindən çox gəmi qəbul edib

Bakı, TurkicWorld

Bu ilin yanvar ayında Türkiyə limanları 4 min 580 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 122, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 458 olub.

2024-cü ilin yanvar ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

Seçilən
4
2
turkic.world

10Mənbələr