"İsrail Müdafiə Ordusu (SAXAL) Cənubi Livandan demək olar ki, tam çıxıb, yalnız beş strateji nöqtədə mövcudluğunu qoruyub".
Bu barədə İsrail ordusunun radiostansiyası öz saytında məlumat yayıb.
"Ordu beş obyekt istisna olmaqla, müəyyən edilmiş müddətə uyğun olaraq Cənubi Livandan qoşunların çıxarılmasını başa çatdırıb", - deyə məlumatda qeyd olunur.
Livanın "Əl-Mənar" telekanalı da SAXAL qoşunlarının Cənubi Livandan çıxarılmasını təsdiqləyib. Bildirilir ki, Livan ordusu ölkənin Cənubunda bu vaxta qədər İsrail hərbçilərinin əlində olan Meys Əl-Cəbəl, Blida və Məhbib yaşayış məntəqələrinə daxil olub.
Mənbə: oxu.az