AZ

İsrail Cənubi Livandan bütün qoşunlarını çıxarıb

"İsrail Müdafiə Ordusu (SAXAL) Cənubi Livandan demək olar ki, tam çıxıb, yalnız beş strateji nöqtədə mövcudluğunu qoruyub".

Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail ordusunun radiostansiyası öz saytında məlumat yayıb.

"Ordu beş obyekt istisna olmaqla, müəyyən edilmiş müddətə uyğun olaraq Cənubi Livandan qoşunların çıxarılmasını başa çatdırıb", - deyə məlumatda qeyd olunur.

Livanın "Əl-Mənar" telekanalı da SAXAL qoşunlarının Cənubi Livandan çıxarılmasını təsdiqləyib. Bildirilir ki, Livan ordusu ölkənin Cənubunda bu vaxta qədər İsrail hərbçilərinin əlində olan Meys Əl-Cəbəl, Blida və Məhbib yaşayış məntəqələrinə daxil olub.

"Cebheinfo.az"

Seçilən
4
3
cebheinfo.az

4Mənbələr