Ukrayna müharibənin 1091-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 861 090 hərbçi, 10 101 ədəd tank, 21 075 ədəd zirehli döyüş maşını, 23 275 ədəd artilleriya sistemi, 1 285 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1068 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 37 679 ədəd avtomobil texnikası, 25 586 ədəd PUA, 3064 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 751 xüsusi avadanlıq itirib.