Ukrayna müharibənin 1092-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 862 390 hərbçi, 10 120 ədəd tank, 21 098 ədəd zirehli döyüş maşını, 23 347 ədəd artilleriya sistemi, 1 288 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1072 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 37 825 ədəd avtomobil texnikası, 25 861 ədəd PUA, 3064 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 752 xüsusi avadanlıq itirib.