2026-cı ildə keçiriləcək Türkiyə-Afrika Tərəfdaşlıq Sammitinə Liviya ev sahibliyi edəcək.
Liviya Prezident Şurasından verilən yazılı açıqlamada Afrika İttifaqının 2026-cı ildə keçirilməsi planlaşdırılan Türkiyə-Afrika Tərəfdaşlıq Sammitinə Liviyanın ev sahibliyi edəcəyini açıqladığı bildirilib.
Açıqlamada "15-16 fevral 2025-ci il tarixlərində Əddis-Əbəbədə keçirilən 38-ci Afrika Birliyi Zirvə toplantısında 2026-cı ildə keçirilməsi planlaşdırılan Afrika-Türkiyə Zirvə toplantısına Liviyanın ev sahibliyi etməsi qərara alındı" deyilib.
Qeyd edək ki, birinci Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi 2008-ci ildə İstanbulda, ikincisi 2014-cü ildə Ekvatorial Qvineyada, üçüncüsü isə 2021-ci ildə yenə İstanbulda keçirilib.