AZ

Növbəti Türkiyə-Afrika Tərəfdaşlıq Sammiti Liviyada keçiriləcək

Liviya 2026-cı ildə Türkiyə-Afrika Tərəfdaşlıq Sammitinə ev sahibliyi edəcək. Bu barədə Liviya Prezident Şurasının bəyanatında deyilir. Məlumatı “Anadolu” verib. 

Afrika İttifaqı 2026-cı ildə keçirilməsi planlaşdırılan Türkiyə-Afrika Tərəfdaşlıq Sammitinin Liviyada keçiriləcəyini açıqlayıb.

“15-16 fevral 2025-ci il tarixlərində Əddis-Əbəbədə keçirilən 38-ci Afrika İttifaqı Zirvə toplantısında 2026-cı ildə keçirilməsi planlaşdırılan Afrika-Türkiyə Sammitinə Liviyanın ev sahibliyi etməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Afrika İttifaqı sammitində qəbul edilən qərar Prezident Şurasının sədri Məhəmməd əl-Menfinin rəhbərlik etdiyi Liviya nümayəndə heyətinin diplomatik səylərinin nəticəsi olub.

Birinci Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi 2008-ci ildə İstanbulda, ikincisi 2014-cü ildə Ekvatorial Qvineyada, üçüncüsü isə 2021-ci ildə İstanbulda keçirilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr