AZ

Avropa liderləri Ukraynaya qoşun göndərmək məsələsində fikir ayrılığına düşüblər

Parisdə Ukrayna ilə bağlı keçirilən fövqəladə toplantıda Avropa İttifaqı (Aİ) liderləri arasında ölkəyə sülhməramlı qoşunların göndərilməsi məsələsi ilə bağlı münaqişə yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti yazır.

“ABŞ prezidenti Donald Trampın Rusiya ilə sülh danışıqlarına necə cavab veriləcəyi ilə bağlı konsensusa nail olmaq məqsədi daşıyan böhranlı toplantıda Avropa ölkələri Ukraynaya qoşun göndərmək məsələsində toqquşdular ”, – deyə məlumatda bildirilir.

İngiltərə Ukrayna ərazisinə qoşun yeritməyi təklif etdikdən sonra AlmaniyaİtaliyaPolşa və İspaniya bura öz sülhməramlı qüvvələrini göndərmək istəmədiklərini bəyan etdilər.

Məqalə müəllifləri həmçinin qeyd edirlər ki, sammiti təşkil edən Fransa görüş zamanı Aİ ölkələrinə müdafiə xərclərini artırmağa kömək etmək planlarının təqdim olunacağına ümid edirdi.

Seçilən
51
29
nocomment.az

10Mənbələr