Əl-Əzhərin Böyük İmamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin İslam-İslam (İslamdaxili) dialoqu təşəbbüsü əsasında Əl-Əzhər Əl-Şərif, İslam Məsələləri üzrə Ali Şura (Bəhreyn) və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq konfransda dünyanın tanınmış üləmaları, mərceyi-təqlidləri, mütəfəkkirləri və İslam dininin görkəmli xadimləri iştirak edəcəklər. Müsəlman dünyası və bütövlükdə bəşəriyyətin gələcəyi naminə təmin qarşılıqlı anlaşma mühitində dialoq məramı ilə keçirilən konfransda Şeyxülislam A. Paşazadə məruzə ilə çıxış edəcəkdir. Səfər çərçivəsində QMİ sədrinin Bəhreyn Krallığının rəsmiləri ilə görüşləri və digər ikitərəfli ünsiyyətləri nəzərdə tutulur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta