Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29,120.2.9-cu (ölümə cəhd) maddələri ilə təqsirli bilinən Veyisova Sehranə (ad şərtidir) məhkəməsinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkmiş qismində Famil Həsənzadə tanınıb. Məhkəmədə ifadə verən Famil Həsənzadə (ad şərtidir) bildirib ki, hadisə baş verən gün evdə içkili olublar: "20 gün idi bir yerdə yaşayırdıq. İntim yaxınlığımız olub könüllü surətdə. Qız mənə söyüş söydü gecə saat 1-2 radələrində. Sonra yatdıq, birdən ağrıdan ayıldım, Sehranə mənə dedi ki, sakit dur, bıçaqlayırdı məni. Qonşular köməyə gəldi. Şikayətçi deyiləm Sehranədən".
Zərərçəkən şəxsin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi arasında ziddiyyət olduğundan hakim 1-ci ifadəni elan etdi.
Təqsirləndirilən şəxs ayılan zaman özünü tamam lüt gördüyündən bu hadisəni törədib.
Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə bağlı mart ayının 11-nə kimi təxirə salınıb.
İttiham aktına görə, Sehranə Veyisova ötən ilin yanvar ayında Suraxanı rayonunda kirayə qaldığı mənzildə qeyri-rəsmi yaşadığı Famil yatdığı yerdə bir neçə bıçaq zərbəsi vurub. Belə ki, hər iki şəxs içkili olub və gecə cinsi əlaqədə olublar.
Səhər qız yuxudan oyananda özünü lüt vəziyyətdə görüb və axşam olanlar tamam yadından çıxıb. Və qisas almaq məqsədi ilə bıçağa əl atıb.
Qeyd edək ki, 18 yaşı təzə tamam olmuş Sehranə Azərbaycanın rayonlarının birindəndir. Hadisədən qabaq valideyinlərindən küsərək Bakıya qaçıb və Famil tanış olaraq onunla bir yerdə yaşamağa başlayıb.
Seymur Əli