AZ

Olimpiya mükafatçılarımızın medalları yenilənəcək - Çingiz Hüseynzadə

Bakı. Trend:

“Biz medallarla bağlı öz müraciətimizi etmişik. Hazırda buməsələdə, necə deyərlər, top Fransa Təşkilat Komitəsindədir”.

Trend xəbərverir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidentiÇingiz Hüseynzadə Azərbaycan idmançılarının “Paris-2024” YayOlimpiya Oyunlarında qazandığı medalların yararsız hala düşməsi vəmümkün dəyişdirilməsi barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Təşkilat Komitəsi medalları hazırlayan şirkətlədanışıqlar aparır: “Medalların hansı şəkildə dəyişdiriləcəyimüəyyənləşir. Yəqin ki, bizə məlumat veriləcək və medallaryenilənəcək”.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında medalqazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədədəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov(73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı MaqomedxanMaqomedovdan (97 kiloqram) başqa, cüdo üzrə Olimpiya çempionu ZelimKotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58kiloqram), boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş,yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəstgüləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medallarıkeyfiyyətini itirib.

Seçilən
25
3
az.trend.az

4Mənbələr