AZ

"Simpatiyanı əksinə antipatiya ilə ört-basdır etməyə çalışır" - PSİXOLOQ İZAH ETDİ

"Cəmiyyətdə homoseksuallara, yaxud da, qısa geyinənlərə, şort geyinən kişilərə nifrətin müxtəlif səbəblər ola bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

O bildirib ki, insanın daxili aqressiyası ilə əlaqədar olaraq hansı ki, bu aqressiyanı başqa nəyəsə yönəldə bilmir, onu tapdığı bir obyektə bəhanə göstərərək yönəldir: "Sonra ola bilər ki, özünün cinsi azlıqlara marağı var, sadəcə bunu ört-basdır etmək üçün fərqli formada digər emosiya ilə büruzə verir. Simpatiyanı əksinə antipatiya ilə ört-basdır etməyə çalışır.

Üçüncü səbəb kimi ailədən gələn tərbiyə metodundan biri ola bilər ki, onun yanında həmişə bu cür insanlar qınanılıb, pislənilib. Bu da bir davranış modeli olaraq mənimsənilib. O da eyni ana-atası kimi rəftar edir. Sonra burada ictimai simpatiya da var ki, hər kəsə xoş olar ki, mən də göstərsəm, mənim də bu xoşuma gəlmir, onlar kimi deyiləm.

Burada empatiya qurmaq və tolerant olmaq çox vacibdir. İnsanların digər görünüşünə, başqa seçiminə qarşı davamlılıq, dözümlülük hissi olmalıdır. Əgər bunun sənə aidiyyəti yoxdursa, yaxın ailə üzvlərin deyilsə, birbaşa sənə toxunmursa, yaxın ətrafın deyilsə, sən burada fikir bildirmək hüququna sahib deyilsən. Səndə də onların xoşuna nə isə gəlməyə bilər. Heç kəsin bir-birinə nifrət dolu ifadələri, davranışı yolverilməzdir. Çünki belə bir şey olsa, hər kəs bir-birində bəhanə tapa bilər. Hansı ki, onun xoşuna gəlmir. İnsanlar başa düşməlidir ki, hər kəs o istədiyi kimi yaşamamalıdır, ifadə etməməlidir".

"Yaxın ailə üzvlərimizə gəldikdə isə öz fikrimizi bildirmək və yardıma ehtiyacı varsa, yardım göstərmək hüququmuz var. Kimisə qısnamaq, kimisə bullinq etmək, onu cəmiyyətdən ayırmaq həmin insanın onsuz da psixoloji narahatlığı varsa, travmalar nəticəsində ciddi fəsadlara yol aça bilər. O insanın intihar etməsinə, bizə qarşı fiziki, mənəvi, psixoloji şiddətinə gətirib çıxara bilər. O adam çox aqressivləşib insana fiziki şiddət, zərbə endirə bilər. Yaxud da, plan hazırlaya, qısas ala bilər. Bu cür dərindən düşünmək lazımdır. Valideynlər də uşaqlarına tərbiyə verəndə "filankəs bu cürdür, biz onu qınayaq, cəmiyyətdən kənarlaşdıraq, "onu qaralayaq"" deməməlidir. Başa düşməlidirlər ki, bu, öz uşaqları üçün də birbaşa təhlükədir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
18
15
sia.az

10Mənbələr