AZ

"Bu gün boşanma adiləşib"

Boşanmaların qarşısını almaq üçün müxtəlif təkliflər səslənir. 

Ancaq buna baxmayaraq, ayrılan cütlüklərin sayı günü-gündən artır.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki,  boşanmaların qarşısını qanuni yolla azaltmaq artıq mümkünsüzdür. Düşüncəsində ayrılmağı planlayan şəxsi heç kim dayandıra bilməz:

 “Bu gün dəyərlərimizə qarşı ciddi basqılar var. Ailə quran insanlar maarifləndirilməli, boşanmaq istəyən cütlüklərlə söhbətlər aparılmalıdır. Kimisi interneti, kimisi maddi ehtiyacları bəhanə gətirir. Bu gün boşanma adiləşib. Bunun səbəbi isə tanımadan, sevmədən ailə quranların sayının artmasıdır. Filankəs ailə qurdu, mən qaldım və ya onun acığına məndə ərə gedirəm prinsipi ailə qururlar. Nəticə göz qabağındadır”.

Sevinc

Seçilən
7
15
hit.az

10Mənbələr