1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya ordusu Donetsk vilayətində Yampolovka yaşayış məntəqəsini nəzarətə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, yaşayış məntəqəsi "Qərb" qoşun qruplaşmasının bölmələri tərəfindən nəzarətə götürülüb.
Həmçinin bildirilir ki, Ukrayna hərbçilərinin Donetsk və Luqansk vilayətlərinin müxtəlif yaşayış məntəqələrində yerləşən hərbi birləşmələrinə və briqadalarına zərbələr endirilib.