AZ

Bu tarixdən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalar bərpa ediləcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tbilisiyə səfəri çərçivəsində Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.

Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-dən başlayacaq dəmir yolu ilə sərnişindaşımaların açılması məsələsini də müzakirə ediblər.

“Dəmir yolu ilə sərnişin daşımaları turizmimiz üçün çox vacibdir. Azərbaycanlı həmkarımızla görüşdə cari il üçün daşımalarla bağlı proqnozu da müzakirə etdik. Əlbəttə, planlarımızı və baxışlarımızı bölüşmək çox vacib idi ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq miqyasda daha rəqabətədavamlı ola bilək”, - Levan Davitaşvili görüşdən sonra qeyd edib.

©apa

Seçilən
60
4
valyuta.az

10Mənbələr