Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Oxuməni.az xəbər verir ki, APA-nın Tbilisi müxbirinin verdiyi məlumata görə, bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Vurğulanıb ki, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həyata keçirilən layihələri müzakirə ediblər. Görüş zamanı Orta Dəhlizin artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə diqqət yetirilib.
Görüşdə qeyd olunub ki, tərəflər Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-dən başlayacaq dəmir yolu sərnişin daşımalarının açılması məsələsini də müzakirə ediblər.
Almaz Həsənli