AZ

UEFA "Qalatasaray" - "AZ Alkmaar" oyununa azərbaycanlını göndərir

UEFA  Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qalatasaray"ın növbəti oyununda azərbaycanlı iş başında olacaq.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, "Cim Bom"un Hollandiyanın “AZ Alkmaar” klubu ilə görüşünə Orxan Hüseynzadə təyinat alıb. Həmyerlimiz bu matçda UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Oyun fevralın 20-də İstanbulda keçiriləcək.

Xatırladaq ki, ötən həftə keçirilən ilk qarşılaşmada "Qalatasaray" səfərdən 1:4 hesablı məğlubiyyətlə dönüb.


Seçilən
1282
2
news24.az

3Mənbələr