AZ

UEFA "Qalatasaray" - "AZ Alkmaar" oyununa azərbaycanlını göndərir

UEFA  Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qalatasaray"ın növbəti oyununda azərbaycanlı iş başında olacaq.
 
 "Cim Bom"un Hollandiyanın “AZ Alkmaar” klubu ilə görüşünə Orxan Hüseynzadə təyinat alıb. Həmyerlimiz bu matçda UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Oyun fevralın 20-də İstanbulda keçiriləcək.
Xatırladaq ki, ötən həftə keçirilən ilk qarşılaşmada "Qalatasaray" səfərdən 1:4 hesablı məğlubiyyətlə dönüb.
Seçilən
17
2
moderator.az

3Mənbələr