AZ

Yanvar ayında Türkiyənin Ambarlı limanı tərəfindən qəbul edilən gəmilərin sayı açıqlanıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar ayında Türkiyənin Ambarlı limanı 324 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ambarlı limanı Türkiyə bayrağı altında üzən min 131, digər ölkələrin bayraqları altında üzən 193 gəmi qəbul edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Türkiyə limanları 37 milyon 417 min 998 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 708 min 146 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 34 milyon 709 min 852 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar ayında Türkiyə limanlarından 5 milyon 883 min 4 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayında Türkiyə limanları 33 milyon 232 min 804 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 368 min 676 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 30 milyon 864 min 128 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yük daşınıb.

Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 194 min 876 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyə limanları 4 min 580 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 122, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 458 olub.

2024-cü ilin yanvar ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

Seçilən
3
49
turkic.world

10Mənbələr