AZ

İsrailə qaytarılacaq girovların adları açıqlandı

İsrailin “Girov Ailələri Forumu” qeyri-hökumət təşkilatı atəşkəs razılaşması çərçivəsində Fələstinin HƏMAS hərəkatı tərəfindən fevralın 22-də Qəzza zolağından azad edilməli olan altı şəxsin adlarını dərc edib.

Bakıvaxtı.az xəbər verir ki, bunlar Eliya Koen, Tal Şoham, Ömər Şem Tov, Ömər Venkert, Hişam əl-Səid və Avera Menqistundur.

Təşkilat girovların adlarını yalnız yaxınlarının Qəzzadan qaytarılacağına dair İsrail hakimiyyətindən bildiriş alan ailələrinin razılığını aldıqdan sonra dərc edir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi təsdiq edib ki, Qahirədə uğurlu danışıqlardan sonra İsrail fevralın 22-də Qəzzadan altı girovun azad edilməsini, həmçinin gələn cümə axşamı dörd ölü girovun cəsədlərinin təhvil verilməsini gözləyir.

Seçilən
41
2
bakivaxti.az

10Mənbələr