AZ

İfaçının sağ qalmaq üçün pula ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki qəhrəmanı xərçəng xəstəliyindən əziyyət çəkən ifaçı Qəşəm Cəfərov olub.
Xəstəliyindən söz açan ifaçı bildirib ki, ilk dəfə ağrıları 19 yaşında olarkən başlayıb:
"O zamanlar aktiv həyat tərzi keçirir, futbol oynayırdım. Düşündüm, yəqin ki, buna görə ağrılarım yaranıb. Sonra futbolla əlaqəsinin olmadığı ortaya çıxdı. Fikir, düşüncə məni yormağa başlayıb. Niyə bunlar mənim başıma gəldi deyə düşünürəm. Şiş onurğaya yaxın hissədədir. Bəzən aqressivlik nümayiş etdirir, aktivləşir. Bu zaman ağrılarım təkrar başlayır, ayaqlarım tutulur. Xəstəliyə görə çox xərcim çıxıb. Hazırda mənə yaxşı həkim və vəsait lazımdır. İnsanlar deyirlər ki, şiş olan fəqərəni çıxarmaq İsraildə 300 min, Almaniyada 500 min dollara başa gəlir".
Addım ata bilməyin belə hazırda böyük xoşbəxtlik olduğunu deyən Q.Cəfərovun sözlərinə görə, zamanında nəyinsə, kiminsə fikrini çəkdiyi üçün çox peşmandır:
"Böyük xoşbəxtliyi gətirən xırda səbəblər var. Onları görəndən sonra hər şey daha asan olur. Elm də təsdiq edir ki, stres insana xəstəlik gətirir. Mən də o vaxtlar fikir çəkdiyimə görə peşmanam. Uşaq beyni ilə düşündüyüm şeylər məni bu vəziyyətə saldı. Həyatda hər anın dadını çıxarmağa məcburuq. Çünki ortalama 60-65 il ömrümüz var. Bu müddət çox qısadır. Yaşamağı sevirəm, sağalmağa ümid edirəm".
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
118
50
oxu.az

10Mənbələr