AZ

Daşkəsəndə gənc oğlan pilləkəndən yıxılaraq ölüb

Daşkəsəndə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Daşkəsən şəhərində yerləşən binaların birində qeydə alınıb.

1999-cu il təvəllüdlü E.Vəliyev binanın 2-ci mərtəbəsinin pilləkənindən 1-ci mərtəbəsinə yıxılıb.

Gənc oğlan aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
16
10
cebheinfo.az

10Mənbələr