Daşkəsəndə bədbəxt hadisə baş verib.
Hadisə Daşkəsən şəhərində yerləşən binaların birində qeydə alınıb.
26 yaşlı E.Vəliyev binanın 2-ci mərtəbəsinin pilləkənindən 1-ci mərtəbəsinə yıxılıb.
Gənc oğlan aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir./APA.az/