AZ

Dujarrik: Rusiya-Ukrayna münaqişəsinin həllində hər iki tərəf iştirak etməlidir

Rusiya-Ukrayna münaqişəsinin istənilən şəkildə həllində həm Ukrayna, həm də Rusiya Federasiyası iştirak etməlidir. Bu proses beynəlxalq hüquq prinsiplərinə, BMT-nin müvafiq qətnamələrinə və Ukraynanın ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyimizə uyğun olmalıdır.

Demokratikmusavat.comxəbər verir ki, bunları BMT Baş katibinin sözçüsü Stefan Dujarrik ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı son günlərdə aparılan müzakirələrdə rəsmi Kiyevin iştirak etməməsi ilə bağlı narazılıqlara cavab olaraq bildirib.

O vurğulayıb ki, BMT Baş katibinin mövqeyinə uyğun olaraq təşkilat münaqişənin sona çatmasına kömək üçün əlindən gələni etməyə davam edəcək:

“Biz Rusiya Federasiyası ilə ABŞ arasında aparılan müzakirələri yaxından izləyirik. Bütün üzv dövlətlər arasında müsbət dialoqu dəstəkləyirik. Lakin hamıya aydındır ki, Rusiya Federasiyası və Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının iki daimi üzvü kimi mühüm rol oynayır”.

Qeyd edək ki, ABŞ və Rusiyanın yüksək səviyyəli diplomatları çərşənbə axşamı Səudiyyə Ərəbistanında iki ölkə arasındakı münasibətləri və Rusiyanın Ukraynada apardığı müharibəyə son qoyulması perspektivlərini müzakirə etmək üçün görüşlərə başlayıb.(Report)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
28
39
Demokratikmusavat.com

10Mənbələr