AZ

Çempionlar Liqası: "Bavariya” 1/8 finalda, “Milan” mübarizəni dayandırdı - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Milan” “Feyenoord”u qəbul edib.

Komandalar arasındakı birinci oyunda niderlandlılar qələbə qazanıb - 1:0. Cavab matçında qollu bərabərlik qeydə alınıb. Bu hesab Rotterdam təmsilçisinə sərf edib. Komanda 1/8 final mərhələsinə yüksəlib.

“Bavariya” Münhendə “Seltik”i sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən matç 1:1 hesabı ilə nəticələnib.

"Brügge" səfərdə "Atalanta"dan güclü olub. Komanda rəqibini 3:1 hesabı ilə üstələyib.

"Benfika" isə "Monako" səddini adlayıb. İlk oyunda minimalhesablı qələbəyə sevinən portuqaliyalılar cavab görüşündə 3:3 hesablı heç-heçəyə nail olub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

18 fevral

21:45 "Milan" (İtaliya) – "Feyenoord" (Niderland) 1:1

İlk oyun 0:1

00:00 "Atalanta" (İtaliya) – "Brügge" (Belçika) 1:3

İlk oyun 1:2

00:00 "Bavariya" (Almaniya) – "Seltik" (Şotlandiya) 1:1

İlk oyun 2:1

00:00 "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) 3:3

İlk oyun 1:0

"Qalatasaray" üçün qara gecə, "Fənərbaxça" turun qapısını açdı - YENİLƏNİB

Türk hakimin ÇL matçındakı qərarı hər kəsi qəzəbləndirdi

“Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB

ÇL matçları bu kanallarda

"Real Madrid"dən fantastik geridönüş, "Yuve" və "Borussiya"dan qələbə - YENİLƏNİB

Seçilən
36
4
apasport.az

10Mənbələr