Bakı. Trend:
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarınastart verilib.
Trend-inməlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
İtaliya təmsilçilərindən "Milan" və "Atalanta" turnirləvidalaşıb. Bu komandalar, müvafiq olaraq, Niderlandın "Feyenoord"və Belçikanın "Brügge" klubları ilə duellərdən məğlub ayrılıb.
İlk matçda Şotlandiyada "Seltik"ə qalib gələn "Bavariya”Almaniyada rəqibi ilə 1:1 hesablı heç-heçə edərək, adını 1/8 finalayazdırıb.
Mərhələ adlayan digər komanda isə Portuqaliya "Benfika"sı olub.Lissabon təmsilçisi Fransada məğlub etdiyi "Monako" ilə doğmameydanda 3:3 hesablı bərabərliyə razılaşıb.
UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları:
18 fevral
21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1
İlk oyun - 0:1
00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3
İlk oyun - 1:0
00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3
İlk oyun - 1:2
00:00. "Bavariya" (Almaniya) - Seltik" (Şotlandiya) - 1:1
İlk oyun - 2:1.
Qeyd edək ki, pley-off mərhələsinin digər 4 görüşü bu günoynanılacaq.