UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib.
“Far.Az” xəbər verir ki, “Milan” evdə “Feyenoord”u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
“Brügge” səfərdə “Atalanta”nı 3:1 hesabı ilə yenib. “Seltik” isə “Bavariya”nın qonağı olub. Matçda qalib müəyyən olunmayıb – 1:1. Bununla belə, "Bavariya" 1/8 finala yüksəlib. Qeyd edək ki, ilk oyun "Bavariya"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
18 fevral
21:45. “Milan” (İtaliya) - “Feyenoord” (Niderland) – 1:1.
00:00. “Atalanta” (İtaliya) - “Brügge” (Belçika) – 1:3
00:00. “Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) -1:1
00:00. “Benfika” (Portuqaliya) - “Monako” (Fransa) -3:3
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu bu gün keçiriləcək.