AZ

Daha 4 komanda ÇL-in 1/8 finalında

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Milan” evdə “Feyenoord”u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla da “Milan” ÇL-də mübarizəni dayandırıb.

“Seltik” isə “Bavariya”nın qonağı olub. Matçda qalib müəyyən olunmayıb – 1:1. Lakin “Bavariya” 1/8 finala yüksəlib.

Həmçinin “Brügge” və “Benfika” da 1/8 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

“Milan” (İtaliya) - “Feyenoord” (Niderland) – 1:1.

“Atalanta” (İtaliya) - “Brügge” (Belçika) – 1:3

“Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) -1:1

“Benfika” (Portuqaliya) - “Monako” (Fransa) -3:3

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu bu gün keçiriləcək.

Seçilən
36
9
qafqazinfo.az

10Mənbələr