Kioto Universitetinin yaponiyalı alimləri Ryuqu asteroidində duz minerallarının olduğuna dair sübutlar aşkar ediblər. Bu barədə araşdırma “Nature Astronomy” (NatAstro) elmi jurnalında dərc olunub.
Tədqiqat məqaləsinin həmmüəllifi Toru Matsumoto bildirib ki, duz mineralları məhdud maye tədarükü şəraitində əmələ gələ bilərdi, sonra buxarlanıb və ya donub. Onun sözlərinə görə, kəşf suyun, planetlərin və onların peyklərinin əmələ gəlməsindəki rolunu anlamaq üçün mühüm əhəmiyyət kəsb edir.
Alimlər oxşar duz yataqlarının cırtdan Serera planetində, eləcə də yeraltı okeanların mövcud olduğu güman edilən Yupiter və Saturnun peykləri olan Avropa, Qanimed və Enseladda da ola biləcəyini ehtimal edirlər.
XQ