Birinci Qarabağ müharibəsi şəhidi Ülfət Kərimovun anası Fatma Kərimova vəfat edib.
Bu barədə məlumaty sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Ülfət Kərimov 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində şəhid olub. 1993-cü il sentyabrın 13-də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.