Birinci Qarabağ müharibəsi şəhidi Ülfət Kərimovun anası Fatma Kərimova vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd edək ki, Ülfət Kərimov 1993-cü ilin martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində şəhid olub. Həmin ilin sentyabrın 13-də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

