Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura bu gün start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da "Abşeron" UNEC-lə üz-üzə gələcək. İki saat sonra "Azərreyl" "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək.
Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, tura fevralın 22-də "Gəncə" - "Milli Aviasiya Akademiyası" görüşü ilə yekun vurulacaq.