AZ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tur başlayır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da "Abşeron" UNEC-lə üz-üzə gələcək. İki saat sonra "Azərreyl" "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək.

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, tura fevralın 22-də "Gəncə" - "Milli Aviasiya Akademiyası" görüşü ilə yekun vurulacaq.

Seçilən
15
13
ikisahil.az

10Mənbələr