ABŞ və Kanadadan olan beynəlxalq alimlər qrupu smartfonlarda internetdə istifadəyə sərf olunan vaxtın azaldılmasının psixi sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını, xoşbəxtlik səviyyəsini yüksəltdiyini və diqqəti cəmləmək qabiliyyətini artırdığını sübut edib.

İndex.az xəbər verir ki, bu barədə araşdırma “PNAS Nexus” elmi jurnalında dərc olunub.

Eksperimentdə iki həftə ərzində internetə çıxışı bloklayan proqram quraşdıran 467 nəfər iştirak edib. Sınaqlar bir ay çəkib.

Könüllülər iki qrupa bölünüb: birinci qrup ilk iki həftədə, digəri isə ikinci həftədə internetdən ayrılıb. Təcrübənin mürəkkəbliyinə baxmayaraq (467 nəfərdən yalnız 119-u 10 gündən çox qlobal şəbəkəyə çıxışı olmadan sağ qala bildi) nəticələr təəsüratlı olub.

İnternetdən imtina etmək ekran vaxtını demək olar, yarıya endirir, gündə orta hesabla 314 dəqiqədən 161 dəqiqəyə qədər. İştirakçılar subyektiv rifah və psixi sağlamlıqda əhəmiyyətli irəliləyişlər olduğunu bildiriblər.

Bundan əlavə, konsentrasiya qabiliyyəti o qədər yaxşılaşıb ki, bu, beyni 10 il cavanlaşdırmağa bərabər idi. Üstəlik, iştirakçıların depressiya əlamətləri antidepresant qəbul etdikdən daha çox azalıb.