AZ

Sabiq sədr uzun müddət sonra görüntüləndi - FOTO

Uzun müddətdir ictimaiyyət önündə görünməyən Milli Məclisin sabiq sədri Oqtay Əsədov bu gün ortaya çıxıb.

News24.az-ın məlumatına görə, sabiq spiker fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki konfransında iştirak edib.

Qeyd edək ki, hesabat-seçki Baş Məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri də məlum olub.

Səs verənlər arasında Oqtay Əsədov da olub.

Qeyd edək ki, Əsədov Azərbaycan Tennis Federasiyasının prezidentidir.

O, 1995-ci ildə yaradılan bu federasiyaya 2004-cü ildən rəhbərlik edir. Sonuncu dəfə 31 avqust 2022-ci ildə keçirilən qurultayda Oqtay Əsədov növbəti 4 il müddətinə Azərbaycan Tennis Federasiyasnın prezidenti seçilib. 

Xatırladaq ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsində çalışıb.  /Modern.az

Seçilən
5
9
news24.az

10Mənbələr