AZ

Oqtay Əsədov uzun müddət sonra görüntüləndi - FOTO 

Uzun müddətdir ictimaiyyət önündə görünməyən Milli Məclisin sabiq sədri Oqtay Əsədov bu gün ortaya çıxıb.


Sabiq spiker fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki konfransında iştirak edib.


Qeyd edək ki, hesabat-seçki Baş Məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri də məlum olub.

Səs verənlər arasında Oqtay Əsədov da olub.


Qeyd edək ki, Əsədov Azərbaycan Tennis Federasiyasının prezidentidir.


O, 1995-ci ildə yaradılan bu federasiyaya 2004-cü ildən rəhbərlik edir. Sonuncu dəfə 31 avqust 2022-ci ildə keçirilən qurultayda Oqtay Əsədov növbəti 4 il müddətinə Azərbaycan Tennis Federasiyasnın prezidenti seçilib. 


Xatırladaq ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsində çalışıb.  /Modern.az


Seçilən
16
9
referans.az

10Mənbələr