AZ

Sərxoş halda pilləkəndən yıxılan 26 yaşlı oğlan öldü

Ötən gecə Daşkəsəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu24.com  xəbər verir ki, saat 22 radələrində Vəliyev Emin Nizami oğlu sərxoş vəziyyətdə yaşadığı binanın pilləkənindən yıxılıb.

 

Belə ki, 26 yaşlı Emin Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 15 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının blokunda pilləkənləri qalxarkən müvazinətini itirib. Nəticədə o, yuvarlanaraq 2-ci mərtəbədən 1-ci mərtəbəyə düşüb.

Gənc oğlan aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
10
oxu24.com

10Mənbələr