NASA alimləri, planetimiz üçün potensial təhlükə yaratma ehtimalı olan 2024 YR4 asteroidinin trayektoriyasını və fiziki xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirmək məqsədilə dünyanın ən güclü teleskoplarından biri olan “Ceyms Uebb” teleskopunu (JVST) bu obyektə yönəldəcək.
Operativ Media “The Independent” nəşrinə istinadla xəbər verir ki, sözügedən asteroid ilk dəfə 2024-cü ilin dekabrında kəşf edilib. İlkin hesablamalara əsasən, onun diametri 40 metrdən 90 metrə qədər dəyişir. Lakin onun Günəş sistemindəki trayektoriyası ilə bağlı yeni məlumatlar alimləri bu obyektin Yerlə toqquşma ehtimalını yenidən qiymətləndirməyə vadar edib. Mövcud hesablamalara görə, asteroidin 2028-ci ildə Yerə yaxınlaşması ehtimalı yüksəkdir, lakin onun trayektoriyası hələ də dəqiqləşdirilməlidir.