AZ

Çin su altında da “sədd” tikəcək

Amerikanın "Popular mechanics" nəşrində dərc olunan məqalədə Çinin Cənubi Çin dənizinin sularını düşmən sualtı qayıqlarından qorumaq istəyindən bəhs edilir.

Bunun yeni sualtı avtonom sensordan istifadə etməklə həyata keçiriləcəyi güman edilir. O, 2024-cü ilin payızında uğurla sınaqdan keçirilib.

Dənizin dibinə yerləşdirilən sensor minik avtomobili ölçüsündədir. Aşağı tezlikli elektromaqnit dalğalarını izləyir. Belə dalğalar sualtı qayığın fırlanan pərləri tərəfindən yaradılır. Bu dalğalar dəniz suyunda olduqca tez zəifləyir. Bununla belə, sensor suda deyil, dənizin dibi boyunca yayılan siqnalları təhlil edir. Elektromaqnit dalğaları süxurlarda suda olduğu kimi tez zəifləmir.

Dəniz geoloqları artıq neft və qaz yataqlarını axtarmaq üçün bu aşağı tezlikli aşkarlama metodundan istifadə edirlər. Lakin bu texnologiya ilk dəfədir ki, hərbi məqsədlər üçün istifadə olunur.

Dərc edilmiş məlumata görə, çinli alimlər dənizin dibinə yerləşdirilmiş cihaz vasitəsilə 1,86 mil məsafədə olan gəmini aşkarlaya biliblər. Mütəxəssislərin fikrincə, aşkarlama radiusunu 31 milədək artırmaq olar. Lakin bunun üçün məlumat mübadiləsi aparacaq bütün sensorlar şəbəkəsi lazımdır. Bu məqsədlə artıq proqram təminatı yaradılır.

Leyla HADİ,
tələbə-jurnalist

Seçilən
13
1
xalqqazeti.az

10Mənbələr