AZ

Pakistan Senatının sədri: "Pakistan ölkələr arasında maneələrin olmamasının tərəfdarıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Pakistan ölkələr arasında maneələrin olmamasını, iqtisadi inkişaf və regional infrastrukturun inkişaf etdirilməsinin tərəfdarıdır".
Oxu.Az xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani deyib.
O bildirib ki, assambleyanın əsas prioritetlərinə terrorçuluqla mübarizə, sülh və sabitlik, transmilli və regional layihələrin həyata keçirilməsi daxildir:
"Bu sahədə Pakistan istəyir ki, kibercinayətkarlığa qarşı mübarizə də gücləndirilsin. Ümumiyyətlə, APA regional şəbəkənin yaradılması, ölkələrarası dialoqun formalaşdırlması üçün bəzi sahələrin üzərində daha diqqətlə işləməyi təşviq edir. Yəni daha güclü Asiya üçün daha perspektivli istiqamət müəyyənləşdirilməlidir".
Mərahim Nəsib
Seçilən
21
50
oxu.az

10Mənbələr