AZ

ATMU ATGTİ-nin mükafatına layiq görülüb - FOTOLAR

Mükafatın təqdim olunması məqsədilə ATGTİ-nin sədri Rəşad Zeynalov ATMU rektoru İlham Mədətovla görüşüb.

"Unikal" xəbər verir ki, universitetdə olmaqdan məmnunluğunu ifadə edən Rəşad Zeynalov ATMU-nun dövlət gənclər siyasətinə verdiyi töhfələrdən söz açıb, bu ali təhsil müəssisəsinin tələbə və məzunlarının ölkənin ictimai-siyası həyatında hər zaman önəmli rol oynadıqlarını diqqətə çatdırıb. O qeyd edib ki, ATMU TGT-nin təşəbbüsü və təşkil etdiyi layihələr gənclərin sosial fəallığını artırmaq, onların maariflənməsini və inkişafını dəstəkləmək məqsədinə xidmət etməkdə davam edir. Hər zaman olduğu kimi bu il də ATMU TGT müxtəlif genişmiqyaslı tədbirlərdə fəal iştirak edərək, dövlət gənclər siyasətinə mühüm dəstəyini göstərib. R.Zeynalov ATGTİ-nin gördüyü işlər və gələcək layihələr barədə məlumat verərək, ATMU ilə bu istiqamətdə birgə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Rektor İ.Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) uğurları ilə hər zaman qürur duyduğunu bildirərək, gənclərlə bağlı bütün təşəbbüslərə və ideyalara açıq olduğunu deyib. Həmçinin ATGTİ-nin bu istiqamətdə həyata keçirdiyi layihələrə universitet tərəfindən dəstək göstəriləcəyini vurğulayıb və tövsiyələrini bildirib.

Sonda rektor İlham Mədətova ATGTİ-nin “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edilib.

Seçilən
48
50
unikal.az

10Mənbələr