AZ

Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Avropa İttifaqına üzv 27 ölkənin daimi nümayəndələri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, sanksiyaların 16-cı paketinə əsasən, Aİ ölkələri Rusiyadan ilkin alüminium idxalını qadağan edəcək.

Qeyd edilib ki, “kölgə donanması”na daxil olduğu iddia edilən 73 gəmiyə də sanksiyalar tətbiq olunacaq.

“Kölgə donanması” Rusiyanın neft və digər malların ixracına qarşı Qərbin sanksiyalarından yan keçmək üçün istifadə olunan gəmilərə aiddir.

Seçilən
20
2
infoaz.ws

4Mənbələr