AZ

Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyib

Moskva və Vaşinqton arasında danışıqların başlamasına baxmayaraq, Avropa İttifaqına üzv 27 ölkənin daimi nümayəndələri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.

"Cebheinfo.az"xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, 16-cı sanksiyaların paketinə əsasən, Aİ ölkələri Rusiyadan ilkin alüminium və neftin idxalını qadağan edəcək.

Qeyd edilib ki, “kölgə donanması”na daxil olduğu iddia edilən 73 gəmiyə və 13 banka da sanksiyalar tətbiq olunacaq.

"Kölgə donanması" Rusiyanın neft və digər malların ixracına qarşı Qərbin sanksiyalarından yan keçmək üçün istifadə olunan gəmilərə aiddir.

Bildirilir ki, 16-cı sanksiyalar paketinidə Ukraynadakı müharibənin maliyyələşdirilməsində iştirakı edən şəxsləri və şirkətləri əhatə edən “qara siyahı”nın genişləndirilməsi də nəzərdə tutulub.

Seçilən
14
2
cebheinfo.az

4Mənbələr