AZ

“Şamaxı” hücumçusu “Fakel”ə keçib

“Şamaxı” hücumçusu Belajdi Pusi ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi albaniyalı futbolçunun transferi ilə bağlı Rusiya Premyer Liqasında çıxış edən “Fakel” klubu ilə razılıq əldə edib.

Pusi artıq Voronej təmsilçisinin düşərgəsindədir və tibbi baxışdan keçdikdən sonra yeni komandası ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, mövsümün əvvəlində “Şamaxı”ya qoşulan Pusi bölgə klubunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Seçilən
13
8
idman.biz

10Mənbələr